Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 19:45
"Pandemiya dövründə kimsədən borc almadıq. Amma borc verdik. Həmin adam şou əhlindən deyildi. Hələ ki ehtiyacımız yoxdur. Nə vaxt imkanları olar, qaytararlar".
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, bu sözləri "Onda görüşək" proqramında Sevil Sevinc bacıları söyləyib. Onlar karantindəki maddi durumları haqda danışıblar:
"İnsan az qazanırsa, az, çox qazanırsa çox yeməlidir. Şəraitə uyğun yaşamalısan. Şübhəsiz, pandemiyadan əvvəlki dövrdəki gəlirimizlə indiki arasında fərq var. Məsələn, 60 faiz qazanırdıqsa, hazırda o məbləğ 10 faizə düşüb. Bu ab-havaya uyğunlaşmalıyıq. Son bir ildə yadıma gəlmir ki, özümə nəsə alım, harasa gedim. Yoxdursa, etmirəm, Məcbur deyil, olmayanda kimdənsə borc almaq".