Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 20:56
Bakıda parklanma ilə məşğul olan şəxsin hərəkətlərini oxuculardan biri videoya çəkib.
Sonxeber.net avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Səməd Vurğun küçəsində qanunsuz xidmət aparan həmin şəxs dayanma-durma qadağan olan yerdə avtomobillərin parklanmasına şərait yaradaraq onlardan xidmət haqqı alır. Avtomobillərin park olunduğu yerdə dayanma-durma qadağan edildiyi üçün parklanmaya nəzarət edən şəxs qeydiyyat nişanlarının üzərini örtüklə bağlayır. Bu səbəbdən Bakı Nəqliyyat Agentliyi həmin sürücülərə kamera vasitəsilə cərimə yazmaqda çətinlik çəkir.
Ümid edirik ki, hüquq-mühafizə orqanları həm qanunsuz xidmət aparan, həm də qanunsuz əməli ilə dövlət qurumunun işinə mane olan şəxs barəsində ciddi tədbir görəcək.