Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 22:32
Şotlandiyada koronavirus infeksiyasının üçüncü dalğası ilə əlaqədar bəzi rayonlarda karantinin yumşaldılması prosesi dayandırılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Şotlandiya hökumətinin milli klinik direktoru Ceyson Litçin sözlərinə görə, ölkədə pandemiyanın üçüncü dalğasının ilkin mərhələsinin əlamətləri görünməkdədir.
Gələn həftə ölkənin əksər hissəsində beş səviyyəli karantin tədbirlərinin birinci səviyyəyə qədər zəiflədilməsi prosesi başlamalı idi. Lakin Şotlandiyanın birinci naziri Nikola Stercen yoluxma hallarının artması səbəbindən 13 bələdiyyənin ikinci karantin səviyyəsində qalacağını elan edib.
Mayın 5-də Şotlandiyada koronavirus infeksiyasına yoluxma halları minimuma enmişdi. Həmin gün cəmi 85 nəfər virusa yoluxmuşdu. Lakin o vaxtdan bəri yoluxanların sayı artmağa başlayıb. Mayın 28-də ölkədə koronavirusa 641 yoluxma hadisəsi qeydə alınıb ki, bu da martın 25-dən bəri ən yüksək sutkalıq göstəricidir.
Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyə qədər dünyada 171 milyon 965 mindən çox yoluxma və 3 milyon 576 mindən çox ölüm faktı qeydə alınıb, 154 milyon 479 min nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 13 milyon 709 min nəfərdən 90 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.