Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvadı və sevgilisi ilə birlikdə yaşayan kişi öldürüldü

Arvadı və sevgilisi ilə birlikdə yaşayan kişi öldürüldü

Tarix: 3 Iyun 2021 03:32

Ankarada dəhşətli cinayət hadisəsi  baş verib.  

Milli.Az unikal.org-a istinadən bildirir ki, həyat yoldaşı və  sevgilisi  ilə birlikdə yaşayan Önder Çelik öldürülüb. 

Belə ki, həyat yoldaşı Seher Çeliklə sevgilisi Gülyeşim Kavuştuk arasında yaranan mübahisə kişinin ölümü ilə nəticələnib.  

Qadınları sakitləşdirmək istəyən Önder sevgilisi Gülyeşimin bıçaq zərbələrinə  məruz qalıb. Hadisə nəticəsində kişi çoxlu qan itirərək ölüb. Cinayət  yerinə gələn polislər qadını saxlayıblar. Gülyeşimin narkotik maddənin təsiri altında olduğu məlum olub. Qadın barəsində həbs qətimkan tədbiri seçilib. 

Milli.Az


Etiketlər:  Arvadı sevgilisi ilə birlikdə yaşayan kişi öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ