Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2025 13:06
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra Rusiya Təhlükəsizlik Şurasını toplayıb.
Milli.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
O bildirib ki, Putin Trampla telefonla danışandan sonra Təhlükəsizlik Şurasının daimi üzvlərini Kremlə toplayıb. Yuri Uşakovun sözlərinə görə, Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinə Trampla müzakirələr barədə məlumat verib.
Qeyd edək ki, Donald Tramp və Vladimir Putin iki saat yarım telefon danışıblar.