Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir hərbçimizin şəhid olduğu məlum olub - FOTO

Daha bir hərbçimizin şəhid olduğu məlum olub - FOTO

Tarix: 3 Iyun 2021 08:08

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şəhidin qardaşı məlumat verib.

Göygöl rayonu, Murovdağ qəsəbə sakini MAHHXQ 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb.

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  Daha hərbçimizin şəhid olduğu məlum olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ