Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 11:14
Bakının Xətai rayonu 8 noyabr prospektində yerləşən ikimərtəbəli yaşayış binası qəzalı vəziyyətdədir. Həmin bina hər an uça bilər. 1 əsrdən çox yaşı olan binanın taleyi ilə bağlı hələlik yekun qərar yoxdur. Sakinlər Nazirlər Kabinetinin verəcəyi qərarı səbirsizliklə gözləyirlər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bir əsrdən çox yaşı olan bina sakinlərin yuxusunu ərşə çəkib. Tamamilə qəzalı vəziyyətdə olan binanın hər an uçma təhlükəsi var. Bura 8 Noyabr prospekti, 80 ünvanıdır. Sözügedən ünvandakı ikimərtəbəli yaşayış binasının sakinləri təhlükəsizliklərindən narahatdırlar.
107 il əvvəl inşa edilən bina əvvəllər Neft-Yağ Emalı Zavodunun balansında olub. 2000-ci illərdə həmin bina Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına keçirilib..
Məsələ ilə bağlı Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirildi ki, 2018-ci ildə Fövqəladə Hallar Nazirliyi binanın qəzalı olması və istismar müddətinin başa vurması ilə bağlı rəy verib. Həmin rəylər toplanaraq binanın sökülməsi, vətəndaşların başqa əraziyə köçürülməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib. Binanın taleyi ilə bağlı Nazirlər Kabinetinin qərar verəcəyi gözlənir.