Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 12:45
Türkiyədə sərt karantin rejimini pozan məşhur simalar polis basqını ilə üzləşib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, müğənnilər - İrem Derici, Derya Uluğ, Cem Belevi, aktyorlar - Enis Arıkan, Cenan Adıgüzel, Emre Aslan və yutuber Enes Batur restoranların birində ad günü məclisinə qatılıb.
Onlar koronavirus pandemiyasına qarşı saat 21: 00-a qədər açıq yerlərin bağlanması barədə tətbiq edilən qadağanı heçə sayaraq gecə saatlarınadək əyləniblər. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib.
Məşhur simalar məkanın arxasında yerləşən meşədə 45 dəqiqə polisdən qaçmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Qaydaları pozan 15 nəfərin hər biri 3 min 150 TL (təxminən 600 AZN) məbləğində cərimələnib.