Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yapışıblar Samirənin geyimindən, bu, Avropa müsabiqəsidir''

''Yapışıblar Samirənin geyimindən, bu, Avropa müsabiqəsidir''

Tarix: 3 Iyun 2021 20:20

"20-ci yeri heç düşünmürdüm. Haqsızlıq oldu. Bu haqda nəşə danışmaq istəmirəm. Mən Samirə haqda elə söz deməmişəm. Deməmişəm, onu finalda görmürəm. "Eurovision"da mahnı təqdimatı fərqlidir. Bu il şən mahnılar çox idi. İtaliyanın çıxışını bəyənirdik, xarizması var idi. Çox danışmaq istəmirəm, söz-söhbətdən bezdim. Yapışıblar Samirənin geyimindən. Bu, Avropa müsabiqəsidir".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri müğənni Nigar Camal "Səhər mərkəzi" proqramında deyib. Sənətçi "Eurovision 2021" təmsilçisi Samirə Əfəndi haqda dediyi "Özüm "Eurovision"a gedib-gələn biri kimi bilirəm hansı yerdə olacaq. İlk beşlikdə yer almayacaq. Mən olsaydım o paltarı geyinməzdim. Mənim bədənimə belə bir paltar yaraşmazdı. Gözəl qızdır, çox incədir" sözləri danıb. O bildirib ki, ifadələri yanlış formada yayımlanıb, montaj edilib. 

Məşhurluqla bağlı sualları cavablandıran Nigar bloqerlərin çoxluğundan söz açıb:

"Məşhurluq başqa həyatdır. Dünyada o qədər bloqer çıxıb ki... Hara baxırsan bloqerdir. Özü də çox mənasız videolar çəkənlər məşhur olur. Əvvəl hər müğənni televiziyaya çıxa bilmirdi. Tamaşaçı nə görürdü onu dinləyirdi. İndi hamı sosial şəbəkə ilə tanınır".


Etiketlər:  Yapışıblar Samirənin geyimindən Avropa müsabiqəsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ