Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 21:40
"Ayntraxt"ın futbolçusu Andre Silva karyerasını İngiltərədə davam etdirə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Mançester Siti" portuqaliyalı hücumçunun xidmətində maraqlıdır. "Şəhərlilər" 25 yaşlı forvardı komandadan ayrılan Serxio Aqueronun əvəzləyicisi kimi heyətə cəlb etmək istəyir.
Andre Silva Bundesliqada ötən mövsüm 34 oyuna 29 qol vurub, 10 qol ötürməsi edib. Transfermarkt portalı futbolçunun qiymətini 45 milyon avro göstərir. Onun Frankfurt klubu ilə 2023-cü ilin yayınadək müqaviləsi var.