Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 22:04
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 114 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 222 min 847 nəfər test edilib, onların 6 min 602-nin koronavirus testi pozitiv nəticə verib, 8 min 540 nəfər sağalıb, min 219 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 882 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 270 min 299 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 139 min 993 nəfəri müalicə olunaraq evə buraxılıb.