Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boşansalar da, gündəmdən düşmürlər

Boşansalar da, gündəmdən düşmürlər

Tarix: 4 Iyun 2021 04:46

Bir neçə gün əvvəl Hollivud ulduzu Ancelina Colinin keçmiş həyat yoldaşı Bred Pittə uduzması hələ də gündəmdən düşmür.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, cütlüyə yaxın olan mənbə ingilis mediasına məhkəmədən sonra yaşanan bəzi məqamları açıqlayıb. Bredin övladları üzərindəki haqqını geri qazanması Colini özündən çıxarıb. Bildirilib ki, Ancelina məhkəmədən sonra Bredi heç vaxt bağışlamaycağını deyib.

"Bu qərar Bredin ürəyincə idi. O, məhz bunu istəyirdi. Coli isə məyus olub. O, bunun hələ son olmadığını deyir. Ancelina yenidən məhkəməyə baş vurmağa hazırlaşır. Bitt də bilir ki, Coli övladlarını ona qarşı çevirməyə can atır" deyə, mənbə açıqlamasında deyib.


Etiketlər:  Boşansalar gündəmdən düşmürlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR