Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 21:52
Otuz demokratdan ibarət konqresmenlər qrupu dünyada COVID-19 əleyhinə vaksin çatışmazlığı problemini həll etmək istiqamətində fəaliyyət göstərməsi üçün ABŞ Prezidenti Cozef Baydenə məktub ünvanlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktub müəllifləri Ağ evin başçısını dünya əhalisinin vaksinasiyası üzrə cəsarətli və əhatəli strategiya irəli sürmək, dünyada peyvənd çatışmazlığını aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırıblar.
"Dünya gözləyə bilməz. ABŞ-ın sürətlə hərəkət etməsi və arsenalındakı bütün vasitələrdən istifadə etməsi çox vacibdir", - deyə qanunvericilər bildiriblər. Onların fikrincə, Cozef Bayden administrasiyası ehtiyacı olan ölkələrə COVID-19 əleyhinə 80 milyon vaksin dozası göndərməli və peyvəndlər üzrə qlobal sammit təşkil etməlidir.
Bir müddət öncə Prezident Cozef Bayden ABŞ-ın 25 milyon vaksin dozası ianə edəcəyini bildirib. Onların təxminən 75 faizi Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramına ayrılacaq, digər hissəsi isə birbaşa seçilmiş ölkələrə göndəriləcək.