Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsi şəhidi Göygöl rayonunda dəfn olunub - FOTO

Vətən müharibəsi şəhidi Göygöl rayonunda dəfn olunub - FOTO

Tarix: 5 Iyun 2021 12:52

Vətən müharibəsinin şəhidi Eldəniz Verdiyevlə anadan olduğu Göygöl rayonunda dəfn olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhidin nəşi Göygöl Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Göygöl rayonu, Murovdağ qəsəbə sakini, 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun nəşinin iyunun 2-də Murovdağ istiqamətində tapıldığı açıqlanıb.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) olan Eldəniz Verdiyev Vətən müharibəsinin ilk günlərində itkin düşüb.

Milli.Az


Etiketlər:  Vətən müharibəsi şəhidi Göygöl rayonunda dəfn olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ