Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 14:00
Bakı. Elçin Mehdiyev - Trend:
Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq adi rejimdə işini davam etdirir.
Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
P.Kəsəmənski bildirib ki, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur:
"Biz vəziyyəti izləməkdə davam edirik, dəyişiklik olarsa, bu barədə ətraflı məlumat veriləcək. Hələlik iş cədvələ əsasən adi rejimdə davam edir".
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən avqustun 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin