Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ƏHALİYƏ XƏBƏRDARLIQ - Bu gündən Azərbaycanda....

ƏHALİYƏ XƏBƏRDARLIQ - Bu gündən Azərbaycanda....

Tarix: 7 Iyun 2021 07:48

Bu gündən Azərbaycanda koronavirus əleyhinə "Pfizer" peyvəndinin tətbiqinə başlanılır.

Sonxeber.net bildirir ki, həmin vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanılır. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürülməlidir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.


Etiketlər:  ƏHALİYƏ XƏBƏRDARLIQ gündən Azərbaycanda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ