Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa ordusu Azərbaycanla sərhəddə yerləşdirilə bilər? - Moskvadan ŞƏRH

Fransa ordusu Azərbaycanla sərhəddə yerləşdirilə bilər? - Moskvadan ŞƏRH

Tarix: 8 Iyun 2021 00:12

"Ermənistan-Azərbaycan müharibəsi lokal etnoərazi tipli müharibə sayılır, amma Ermənistan bu müharibəni qloballaşdırmağa meyllidir, müharibə dövründə də belə idi, sonra da".

Bunu Sonxeber.net-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Moskva regiona fransız yaxud amerikalıların gəlişinə öz veto hüququndan istifadə etməklə mane ola bilər:

"Müharibə dövründə düşmən təbliğatda "hiperbollaşdırma" fəndindən istifadə etməklə Qarabağda Azərbaycan tərəfdən əcnəbi qüvələrin vuruşduğunu iddia edirdi. Məqsəd regiona beynəlxalaq terrora həssas olan Avropanın cəlb etmək idi. Amma Paşinyan bu məkrin öhdəsindən gələ bilmədi.
  
Sərhəd olayı ilə bağlı əvvəlcə Rusiyaya, sonra KTMT-yə müraciət etdi və rədd cavabı aldıqdan sonra BMT-nin Təhlükəsizli Şurası ilə manipulyasiya edir. Əvvəla BMT-nin Təhlükəsizlik Şurası biri-birinə ziddiyyətli mövqedə olan dövlətlərin klubudur, odur ki, Paşinyanın mümkün müraciətinin nəticəsiz qalacağını ehtimal edirəm. Unutmayaq ki, Rusiya BMT TŞ-nın üzvüdür və Moskva regiona fransız yaxud amerikalıların gəlişinə öz veto hüququndan istifadə etməklə maneə olacaq. İngiltərə də bu məsələdə təkrarən Azərbaycanın yanında olacaq. Xatırlayırsınızsa, müharibə dövründə BMT TŞ-nın Azərbaycanın maraqlarına zidd olan bəyanatının qarşısını İngiltərə almışdı. Ermənistan üçün durumu çətinləşdirən həm də Ermənistanda Rusiya hərbi bazasının olmasıdır və həmin bazanın artıq ölkənin şərqində də postlar qurmasıdır. Fransız və amerikanların gəlməsi Ermənistanın KTMT-dən imtinası kimi qəbul ediləcək və çox dumanlı görünən bu perspektiv Ermənistanda rusiyayönümlülərlə qərbyönümlülər arasında vətəndaş müharibəsinə və hətta ölkənin sektorlara bölünməsinə səbəb ola bilər. 

Ermənistan, İraq, Əfqanıstan, Yuqoslaviya qədər uzaq deyil ki, Rusiyada BMT resursundan istifadə edən ABŞ yaxud Fransaya Qafqaza yaxınlaşmağa imkan versin. Kollektiv Qərb Qafqaza ən şanslı dövründə yaxınlaşamağa cəhd etmədi, söhbət 2008-ci ildə baş verən 6 günlük Gürcüstan - Rusiya müharibəsindən gedir. Yekun olaraq deməliyəm ki, Paşinyanın BMT gündəmi populist siyasətçinin təbliğat mövzusudur ki, gerçəkləşəcəyini görmürəm".

Təhməz Əsədov


Etiketlər:  Fransa ordusu Azərbaycanla sərhəddə yerləşdirilə bilər Moskvadan ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ