Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqsalma

Uşaqsalma

Tarix: 8 Iyun 2021 02:06

Uşaqsalma- təbii abort kimi tanınan bir prosesdir. Bu proses dölün sərbəst inkişaf dövrünə  baş verir (hamiləliyin 20-ci həftəsinə qədər).

Erkən uşaqsalma hamiləliyin ilk 3 ay dövründə baş verir və bu 10-30% qadınlarda baş verən haldır. Bu hal hətta o qədər erkən bir dövrdə baş verə bilər ki, qadın hətta hamilə olduğunu hiss etməz. Belə əlamətlər hətta erkən uşaqsalma hesab edilə bilməz, sadəcə ağrılı bir menstruasiya kimi keçib gedər.

Erkən uşaqsalmanın səbəbləri:

rüşeym, döl və plasentanın qüsuru;
qulaqdibi (svinka), məxmərək, qızılca kimi infeksion xəstəliklər;
hormonal pozuntu (progesteron-lazımlı hormonların çatışmazlığı);
otoimmun reaksiyaları - ananın immun sisteminin dölü zədələməsi.
Gecikmiş uşaqsalma:

-plasenta və uşaqlıq boynunun patalogiyası;

-siqaret tüstüsü, spirtli içkilər, müəyyən dərman preparatları, eləcə də bir sıra zəhərli maddələr.

Əlamətləri

-davamlı vaginal axıntılar;

-qarının aşağı hissəsində yaranmış ağrılarla bərabər qanaxmalar, bəzən bel nahiyəsində küt ağrılar;

- vaginal axıntılar zamanı qan laxtaları.

Bu problem zamanı nə etməli?

Bu növ pataloji axıntılar zamanı həkiminizlə əlaqə saxlayın. Hər hansı digər əlamətlər olmasa belə qanaxmalar yarandığı anda dərhal həkimə müraciət etmək şərtdir. Xüsusilə də, əgər daha öncədən belə bir halnan qarşılaşmısınızsa. Yardım gözlədiyiniz ərəfədə isə beliniz üstünə uzanın, ayaqları hündürə qaldırın və istirahət etməyə çalışın.

Həkim necə yardım edə bilər?

Həkim müayinə edərək xəstəliyin tarixini araşdıracaq, lazımi müalicə yazacaq. Dölün vəziyyətini qiymətləndirmək üçün ultrasəs müayinəsi ediləcək. Uşaqsalma ehtimalı olduğu halda dərhal xəstəxanaya yazılmaq lazımdır.

Profilaktik tədbirlər:
Hamiləlik zamanı ağır fiziki işlər görməkdən uzaq olun, əgər bundan əvvəldə belə bir hallarla qarşılaşmısınızsa. Hər hansı bir axıntılar zamanı həkimə müraciət edin. İnfeksiyalarla, radiasiyalardan təmasdan uzaq durmağa çalışın. Bütün tibbi prosedurlar zamanı həkiminizə və stomatoloqunuza hamiləliyiniz haqqında məlumat verin. Yüksək temperatur zamanı mütləq həkimə bildirin, bu simptomlar uşaqsalmaya səbəb olan digər xəstəliklər də ola bilər.

Hamiləlik dövründə çalışın spirtli içki qəbul etməkdən, siqaret çəkməkdən, həkim göstərişi olmadan dərman preparatları istifadə etməkdən uzaq olun. Dərman qəbul etdiyinizdə mütləq həkimlə məsləhətləşin. Çalışın sağlam həyat tərzi keçirəsiniz. Hansı ki, bura yetəri qədər yuxu, istirahət və balanslı pəhriz daxildir.


Etiketlər:  Uşaqsalma


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ