Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 17:40
Əməkdar artist Könül Kərimovanın Rusiyada qına evi açması rəqqasə Fatimə Fətəliyevanı əsəbiləşdirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Fatimə bir müddət əvvəl İnstaqramda canlı yayımda olarkən Kərimovaya söz atmış, "Müğənnilər öz işləri ilə məşğul olsun" sözünü demişdi.
Fatimə bu dəfə "ATV maqazin onlarla" proqramında K.Kərimovanı tənqid edib. O, məsələ ilə bağlı müğənniyə zəng etdiyini gizlətməyib:
"Moskvada xınaya Könüllə birlikdə getdik. Bakıya gələn kimi gördüm xına evi açıb, paylaşıb. Zəng vurdum ki, bu nədi? Yollarımı niyə bağladın, axı mən istəyirdim davamı gəlsin. Qayıtdı ki, sənin üçün etdim. Deyəcəm mən oxuyum, Fatimə aparıcılıq etsin".