Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ayıbdır, yaşıma, sənətimə belə şeylər yaraşmaz''

''Ayıbdır, yaşıma, sənətimə belə şeylər yaraşmaz''

Tarix: 13 Oktyabr 2025 20:20

Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə aralarında olan qalmaqala son qoyub.

Sonxeber.net xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində oğlunun toyuna gəlməyən ifaçıdan incimədiyini deyib:

"İlk dəvətnamə Xatirə İslam, Xatun və Ayan Babakişiyevaya göndərilib. Gəlməməyi qəbahət deyil. Heç danışmamışıq da, anlaşmamışıq da. Ayıbdır, necə deyim ki, niyə gəlməmisən? Çıxdı efirdə dedi ki, dəvətnamə almışam və uşağımın məktəbinə görə gəlmədim. Qızı Selenanın toyuna gedəcəyəm. Bizim yalnız dostluğumuz, sənət münasibətimiz olub. Hərdən yozurlar, bu da məni qıcıqlandırır. Ayıbdır, yaşıma, başıma, sənətimə, yaşayışıma yaraşmaz. Heç Ayana da yaraşmaz. Məndən kiçikdir. Həmkarlarıma pis gözlə baxmamışam". (Axşam.az)


Etiketlər:  Ayıbdır yaşıma sənətimə belə şeylər yaraşmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ