Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan millisinin qapıçısı Mbappe ilə Ronaldunu müqayisə etdi - FOTO

Azərbaycan millisinin qapıçısı Mbappe ilə Ronaldunu müqayisə etdi - FOTO

Tarix: 13 Oktyabr 2025 10:32

"Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev Kilyan Mbappe ilə Kriştianu Ronaldunu müqayisə edib.

Sonxeber.net xəbər verir ki, 31 yaşlı qolkiper bu barədə Rusiyanın "Championat" saytına müsahibəsində danışıb.

"Mbappe çox güclüdür. Onun sürəti televiziyada olduğu kimi nəzərə çarpmır. O, çox kəskin və cəlddir. Məncə, Fransa və Portuqaliya milliləri eyni dərəcədə güclüdür. Fərq ondadır ki, biz Portuqaliya ilə oynayanda Ronaldu artıq driblinq edən futbolçudan daha çox bitirici idi. Həmçinin Mbappe hazırda ən yaxşı formasındadır", - deyə Məhəmmədəliyev bildirib.

Qeyd edək ki, Azərbaycan millisi 2021-ci ilin martında Portuqaliyaya 0:1 hesabı ilə, bu ilin oktyabrın 10-da isə Fransaya 0:3 hesabı ilə uduzub.


Etiketlər:  Azərbaycan millisinin qapıçısı Mbappe ilə Ronaldunu müqayisə etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ