Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2025 17:52
Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.
Sonxeber.net AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupunda keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.
F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan - Albaniya, 23-də Albaniya - İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya - Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referi Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşmalar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.