Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zlatan İbrahimoviç: “Evlilik təklifimi yalnız o rədd etdi”

Zlatan İbrahimoviç: “Evlilik təklifimi yalnız o rədd etdi”

Tarix: 13 Oktyabr 2025 13:46

İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç uzun illərdir evlənməməsinin səbəbini açıqlayıb.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi futbolçu 20 ildən artıqdır model və iş xanımı Helena Seger ilə birlikdə olduğunu, lakin münasibətlərini rəsmiləşdirmədiklərini bildirib.

İbrahimoviç zarafatla deyib:

"Mənim həyat yoldaşım? Əslində, evli deyiləm. Evlilik təklifi etmişdim, amma o, bunu qəbul etmədi. Dünyada mənə 'yox' deyən yeganə insandır."

Cütlüyün Maksimilian və Vinsent adlı iki övladı var.

Xatırladaq ki, Zlatan İbrahimoviç İsveç yığmasının heyətində 122 oyuna çıxaraq 62 qol vurub və ölkə futbol tarixinin ən məhsuldar oyunçularından biri kimi tanınır.

Hüseyn


Etiketlər:  Zlatan İbrahimoviç Evlilik təklifimi yalnız rədd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ