Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2025 13:00
Tamstore Marketlər şəbəkəsi 13 oktyabrdan etibarən "Tamda ucuz günlər" kampaniyasına start verib. Kampaniya zamanı təzə toyuğun 1 kilosu 4.49 manat, təzə file 6.79 manat, yerli sümüklü dana ətinin 1 kilosu 12.99 manat, yerli sümüksüz dana əti 16.99 manat, Tajdar düyü 2 kiloluq kisə 5.50 manat, Sevimli Dad kərə yağının 1 kilosu 12.98 manat, Leya günəbaxan yağı 1 litir 2.98 manat, Soğan 19 qəpik, kartof 59 qəpik olacaq. Tamstore Marketlər Şəbəkəsi bütün qızrmızı ət çeşidlərinə meyvə və tərəvəzə, təzə toyuq məhsullarına tətbiq etdiyi bazardan ucuz qiymətlər strategiyasını uzunmüddətli etməyi planlaşdırıb.
Qeyd edək ki, endirim digər məhsullardan 10 manatlıq alış-veriş etdikdən sonra keçərli olacaq. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada 3200 çeşiddə məhsul müxtəlif endirimlərlə təklif olunacaq.
Kampaniya zamanı endirimlər seçilmiş ət, toyuq və ət məhsullarında, süd və süd məhsullarında, dondurulmuş xəmir məhsullarında, kərə yağı və bitki yağlarında, makaron, düyü və paxlalı məhsullarda, şirniyyatlarda, içkilərdə, təmizlik və baxım məhsullarında, eyni zamanda evinizə lazım olacaq kiçik əşyalarda tətbiq olunacaq.
"Tamstore" marketlər şəbəkəsi Bakı ilə yanaşı, Abşeron, Sumqayıt, Naxçıvan, Qazax, Ağstafa, Hacıqabul, Ağdaş, Ağcabədi, Salyan, Cəlilabad, Masallı, Şəmkir, Bərdə, Zaqatala və Mingəçevirdə də fəaliyyət göstərir. Endirimlər şəbəkənin bütün filiallarında keçərli olacaq. Bütün filiallar 24 saat müştərilərin xidmətindədir.