Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2021 11:00
Bir müddət əvvəl ana olan məşhur model, dizayner və aktrisa Emili Ratakovski uşağı ilə ilk dəfə tətilə çıxıb. O, 30-cu yaşını əri Sebastyan Bear Makklard və oğlu Silvester ilə birlikdə istirahətdə qeyd etməyi düşünüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Bununla bağlı fotoları model özünün "İnstagram" hesabından paylaşıb.
Ancaq istirahətdən çimərlik geyimində fotolarını paylaşan aktrisa gözlədiyi reaksiya ilə üzləşməyib. Belə ki, körpəni qucağında saxlama forması sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb. Kadrlarda modelin tək əli ilə saxladığı uşağın hər an yıxıla biləcək formada olması bir çoxları tərəfindən qınaqla qarşılanıb və o, öz bədən quruluşunu göstərmək üçün oğlunun həyatını təhlükəyə atmaqda ittiham olunub.