Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2021 13:56
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu yeni növ tərəvəz sortlarını təqdim edib.
Burada tərəvəzləri müxtəlif rənglərdə görmək mümkündür. Mütəmadi olaraq yeni növlərin yaradılması üzərində institutun alimləri tərəfindən işlər aparılır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, institutun rəhbəri Elmar Allahverdiyevin sözlərinə görə, dörd növ məhsul üzrə müxtəlif sayda yeni sort təqdim. Bu isə institut tarixində bir ilkdir.
Təqdim olunmuş tərəvəz və kartof sortlarını ancaq təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqləndirmək mümkündür. Pomidor, xiyar və bibər sortlarının istixana şəraitində becərilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: