Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun ilk iclası keçirilib

Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun ilk iclası keçirilib

Tarix: 10 Iyun 2021 09:18

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun ilk iclası keçirilib.

 

İclasa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri Samir Məmmədov və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribey həmsədrlik edib.

 

İşçi qrupunun iclasında rəqəmsal transformasiyanın əsas komponentləri olan böyük məlumatların emalı, süni intellekt, "Hökumət buludu" və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycanın rəqəmsal transformasiya konsepsiyasının hazırlanmasında Türkiyə təcrübəsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

 

İclas zamanı fərdi məlumatların mühafizəsi sahəsində iki ölkənin milli qanunvericiliyinin uyğunlaşdırılması, sonrakı mərhələdə isə məlumatların transsərhəd ötürülməsinin təmin edilməsi üçün "etibarlı ölkə" statusunun əldə edilməsi ilə əlaqədar saziş layihəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, İşçi qrupunun yaradılması barədə razılıq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında 18 fevral 2021-ci il tarixində Ankara şəhərində keçirilmiş görüş zamanı əldə olunub.

 

 

 

 

 




Etiketlər:  Rəqəmsal transformasiya üzrə Azərbaycan Türkiyə İşçi qrupunun iclası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ