Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 09:50
Uzun illər ABŞ Müdafiə Nazirliyində çalışan Luis Elizondo uçan naməlum obyektlərlə (UNO) bağlı "Washington Post"a maraqlı açıqlamalar verib.
Pentaqonun qabaqcıl hava təhdidlərinin müəyyənləşdiriləsi proqramının keçmiş rəhbəri bildirib ki, indiyədək ABŞ-da UNO-ların (Uçan Naməlum Obyektlər) müdaxiləsi nəticəsində nüvə obyektlərinin fəaliyyətində ciddi problemlər baş verib.
"UNO-ların bəzi ölkələrdə nüvə texnologiyalarına müdaxilə etməsi, onları inkişaf etdirərək aktivləşdirməsi barədə kifayət qədər məlumatlarımız var", - deyə o bəyan edib.
Qeyd edək ki, yaxın zamanda Pentaqonun UNO-larla bağlı Konqresə hesabat təqdim edəcəyi gözlənilir.