Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 12:45
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı meyxanaçı Aqşin Fateh olub.
Sonxeber.net xəbər verir ki, tanınmış meyxanaçı atasından pul oğurladığını etiraf edib:
"1998-99-cu illər idi. O zamanlar idiki kimi mahnı, filan hazırlamaq asan deyildi. 1-2 səsyazma studiyası vardı. Və çox baha idi. Kaset çıxarmaq istəyirdim. Atam meyxana deməyimi istəmirdi. Müəllim olmağımı istəyirdi. Mənim də oxumağa marağım yox idi. Düşünürdüm ki, gör nəslimizdən necə adamlar çıxıb, amma mən avara oldum. Hər işimi anama deyirdim. Həvəsimin qırılmasını istəmirdi. Atama desəm pul verməyəcəkdi. Anam atamdan gizlin pul yığmışdı. Kaset çıxarmaq üçün müəyən hissə çatmırdı. O zaman atamdan pul oğurlamışdım. Sonradan bildi. Anam öz üzərinə götürdü ki, mənə lazım olub, götürmüşəm. Atam başa düşdü, amma üzümə vurmadı. Ondan efir vasitəsi ilə üzr istəyirəm. Bu, bir yox, bir neçə dəfə olub. Atamdan halallıq istəyirəm".