Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu sözlər populizmdir, ucuz reklamdır“

“Bu sözlər populizmdir, ucuz reklamdır“

Tarix: 10 Iyun 2021 18:12

İyunun 9-da Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyan seçki kampaniyasının çərçivəsində Şirak vilayətində olub. 

Paşinyan burada oğlunu Azərbaycandakı əsirlərə dəyişmək təklifini bir daha təkrar edib və deyib ki, bu barədə təklifini rəsmən Bakıya təqdim edəcək: "Mən əlaqədar orqanlara göstəriş vermişəm ki, Azərbaycan tərəfinə təklifimizi çatdırsınlar. Mənim oğlum girov qismində Bakıya getməyə hazırdır, bir şərtlə ki, bizim bütün əsirləri qaytarsınlar".

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov Paşinyanın bu sözlərini seçkiqabağı ucuz reklam adlandırıb.

Sənətçi saxlanılan terrorçuların geri qaytarılmasının əleyhinə olduğunu bildirib:

"Bu, boş-boş hay-küydən başqa bir şey deyil. Paşinyanın seçkiqabağı reklamıdır. Paşinyanın oğlu bizim nəyimizə lazımdır ki?! Saxlanan terrorçuların əli bizim igid oğullarımızın qanına batıb. Bizə həmin terrorçular lazımdır, Paşinyanın oğlunu nə edirik? Sonra da dünyaya car çəkəcəklər ki, Azərbaycan mülki bir şəxsi girov götürüblər. Bu sözlər seçkidə xal qazanmaq üçün deyilib, populizmdir, ucuz reklamdır. Çünki onlar artıq Azərbauycanın qətiyyətini görürlər, biz sərhəddimizdə günü-gündən möhkəmlənirik. Biz öz işlərimizi görürük, sadəcə onlarda seçkiqabağı bir xaos yaranıb və hərə ağzına gələni boş-boş danışır. Azərbaycan çox düzgün mövqe tutub, lqazım olan cavabı da lazımınca verirlər. Girov götürülən mülki şəxsin bizə heç bir xeyri yoxdur. Başa düşmürəm, biz terrorçuları niyə buraxmalıyıq?! Onların əlləri mülki insanlarımızın qanlarına bulaşıb. Onlar əsgər deyillər, terrorçudular! Düşünürəm ki, bu məsələdə dövlətimiz də çox düzgün mövqe tutub, onların məhkəməsi gedir və artıq cinayətləri sübut olunur".

Milli.Az


Etiketlər:  sözlər populizmdir ucuz reklamdır


RƏYLƏR