Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 20:30
20:28
Azərbaycan qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançı Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb.
Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik qızıl medal qazanıb.
--------
20:12
Azərbaycanın qadın güləşçisi, dünya və Avropa çempionu Mariya Stadnik Polşanın paxtaxtı Varşavada keçirilən "Poland Open" turnirində finala çıxıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıllıqla Emiliya Alina Vuça (Rumıniya) 12:2, Erin Qolstona (ABŞ) 10:0 və Mariya Tyumerekovanı (Rusiya) 11:1 hesabları ilə məğlub edərək finala yüksəlib.
O, axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Stadnikin rəqibi həmyerlisi, Ukrayna təmsilçisi Oksana Livaç olacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bu yarışda bürünc medal qazanıb.