Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ayaks''da yeni kapitan

''Ayaks''da yeni kapitan

Tarix: 5 Avqust 2019 22:48

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi "Ayaks"ın yeni kapitanı müəyyənləşib.

Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi Duşan Tadiç komandanın yeni kapitanı seçilib.

30 yaşlı futbolçu Hollandiya təmsilçisi ilə müqavilənin müddətini 2023-cü ilin yayına qədər uzadıb. O, ötən mövsüm 56 matçda oynayıb.

Qeyd edək ki, "Ayaks"ın ötən mövsümkü kapitanı bu yay "Yuventus"a keçən Matteys De Liqt idi.

Xatırladaq ki, "Qarabağ" APOEL səddini keçəcəyi təqdirdə, pley-off-da "Ayaks"la qarşılaşacaq.

 

 


Etiketlər:  Ayaksda yeni kapitan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ