Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbadət yerlərində 14 yaş məhdudiyyəti götürüldü

İbadət yerlərində 14 yaş məhdudiyyəti götürüldü

Tarix: 10 Iyun 2021 21:46

Nazirlər Kabineti yanında Operativ Qərargahın ibadət evləri üçün nəzərdə tutulan qərarlarında yumşalma olub.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova məlumat verib.

"Operativ Qərargahla məsləhətləşmələr aparıldıqdan sonra uşaqlarla bağlı 14 yaş məhdudiyyəti götürülüb. Daha azyaşlı uşaqların məscidlərə gəlməməsi məsləhət görülüb. Qalan digər məhdudiyyətlər olduğu kimi qalır", - deyə mətbuat katibi bildirib.


Etiketlər:  İbadət yerlərində yaş məhdudiyyəti götürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ