Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abşeronda maşınla vurulan İsmayıllı sakini xəstəxanada öldü

Abşeronda maşınla vurulan İsmayıllı sakini xəstəxanada öldü

Tarix: 5 Avqust 2019 23:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 5-də saat 1 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini P.Əhmədov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Mədinə Sovqatovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Abşeronda maşınla vurulan İsmayıllı sakini xəstəxanada öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ