Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 23:04
"Gənclərbirliyi" bu il Türkiyə Superliqasına vəsiqə qazanıb. Start heyətlərində 7 legioner var idi. Komandamız ilk dəqiqələrdə oyuna uyğunlaşmaqda çətinlik çəkdi. Birinci hissədə 1:2 hesabıyla məğlub olduq. Fasilədən sonra daha yaxşı oynadıq. Bunun məntiqi nəticəsi kimi gənc hücumçumuz Emil Qasımov hesabı bərabərləşdirdi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində Superliqa təmsilçisi "Gənclərbirliyi"yə 2:4 hesabı ilə uduzduqları yoxlama matçından sonra klubun saytına deyib.
"Bu, yoxlama oyunudur. Buna görə, hamıya şans verdim. Oyunda bəzi boşluqlarımız oldu. Xüsusilə, yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi. Bunun da nəticəsində rəqib iki qol vurdu. Bu oyunda çatışmayan cəhətlərimizi gördük. Premyer Liqanın ilk turuna kimi çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq" - deyə o bildirib.