Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Birinci vitse-prezident Mehriban Əliyeva: Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva: Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi - FOTO

Tarix: 11 Iyun 2021 10:51

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfatı ilə əlaqədar paylaşım edib.

Milli.Az bildirir ki, paylaşımda deyilir:

"Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!"

Milli.Az


Etiketlər:  Birinci vitse prezident Mehriban Əliyeva Bakı Azərbaycan Yeparxiyasının arxiyepiskopu Zati müqəddəsləri Aleksandr səmimi mehriban genişürəkli insan idi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ