Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 19:44
Türkiyənin Yomra şəhərində bələdiyyə sədri Mustafa Bıyıka qarşı silahlı hücum olub.
Sonxeber.net haberler-ə istinadla xəbər verir ki, M. Bıyık şəxsi avtomobili ilə bələdiyyə binasının önünə gəldiyi zaman naməlum şəxs ona 5 dəfə güllə açıb.
Yomra Bələdiyyəsinin sədri heç bir yara almadan xilas ola bilib. Ona güllə açan şəxsin isə 17-18 yaşlarında olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Kamran Seyidov