Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 23:36
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 69 nəfər həyatını itirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əs asən, COVID-19 infeksiyası ilə əlaqədar 224 min 128 nəfər test edilib, onların 6 min 261-nin koronavirus testi pozitiv nəticə verib, 6 min 217 nəfər sağalıb. Uzun müddətdən sonra Türkiyədə koronaviruslu ağır xəstələrin sayı mindən az - 997 nəfər olub.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 min 593 nəfər ölüb.
Türkiyədə indiyədək 5 milyon 319 min 359 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 192 min 945 nəfəri müalicə olunaraq evə buraxılıb.