Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Burak Yılmazdan tarixi rekord

Burak Yılmazdan tarixi rekord

Tarix: 12 Iyun 2021 07:26

Türkiyə millisinin futbolçusu Burak Yılmaz yeni rekorda imza atıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, buna hazırda davam edən Avro-2020-nin açılış matçında İtaliya ilə görüşdə iştirak etməklə nail olub. Bununla da 35 yaş 331 günlüyündə olan hücumçu millinin Avropa və dünya çempionatında meydana çıxan ən yaşlı oyunçusu adını qazanıb. İndiyədək ən yüksək göstərici Rüştü Recepə məxsus idi (35 yaş 46 gün).

Qeyd edək ki, hazırda davam edən görüşdə Türkiyə yığması İtaliyaya 0:2 hesabı ilə uduzur.


Etiketlər:  Burak Yılmazdan tarixi rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ