Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 11:42
44 günlük Vətən müharibəsi erməni terrorunun, vandalizminin, cinayətkarlığının aldığı ən ağır məğlubiyyət kimi tarixin yaddaşına köçdü. Lakin bu gün dünyanın müxtəlif yerlərində mövqe tutan düşmən qüvvələri etdikləri açıqlamalar, atdıqları addımlar ilə Azərbaycana qarşı revanş niyyətlərini ortaya qoyurlar. Belə hadisələrdən birinin məhz bu gün Rusiyadakı erməni diaspor təşkilatları tərəfindən atılacağı gözlənilir. İyunun 12-də - Monte Melkonyanın terror əməllərinə tarixin bu günündə Azərbaycan Ordusu tərəfindən son qoyulur. Terror başçısı 1993-cü ilin 12 iyun tarixində gəbərdilir. "Avo" ləqəbli Monte Melkonyanın xatirə gecəsini keçirəcək erməni diaspor təşkilatları hələ də anlamırlar ki, bu addımla nəinki Azərbaycana qarşı, dünyanın müxtəlif nöqtələrində insanlığa qarşı törədilən ağır cinayətlərə, terror aktlarına, soyqırımlara verilən dəstək nümunəsidir. Təəssüf ki, hazırda Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Xankəndində hələ də qalıqları qalan separatçı rejim 12 iyun tarixini "Monte günü" kimi qeyd etməyə hazırlaşır. Buna Minsk Qrupunun həmsədr üzvü və 10 noyabr birgə üçtərəfli bəyanatın vasitəçisi kimi Rusiyanın sülhməramlı kontingentinin laqeyd qalması xislətində və dövlət siyasətində terrorçuluğun mühüm yerə sahib olduğu Ermənistana növbəti təxribatlar üçün yaradılan zəmindən başqa bir şey deyil.
ABŞ-ın Kaliforniya ştatında anadan olmuş "Avo" ləqəbi ilə tanınmış erməni terror başçısı Monte Melkonyan çox ağır cinayət hadisələrinin müəllifi kimi ad çıxarmışdı. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşmüş Melkonyan, bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak edib. O, 1981-ci ilin 24 sentyabr tarixində Parisdəki Türkiyə səfirliyinə hücum təşkil edib. Həmin ilin noyabrında Fransa polisi onu həbs edərkən, üzərindən saxta sənədlər tapılıb. Melkonyanın həbsinə cavab olaraq "ASALA" bir neçə terror hadisəsi törədərək, sonda Fransa hökumətini Melkonyanı Livana deportasiya etməyə nail olmuşdular. Lakin bir müddət sonra o, saxta sənədlərlə yenə də Fransaya qayıdıb.
Melkonyan 1983-cü ildə Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil edib. Nəticədə 8 nəfər terrorun qurbanı olub, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1985-ci ildə o, Fransa polisi tərəfindən yenidən həbs olunub və teror aktının təşkilində günahkar bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılır və o, 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilir.
Məhz həmin vaxtlardan ermənilərin Azərbaycana qarşı növbəti ərazi iddiaları alovlanmağa başladı. Dağlıq Qarabağın işğalı erməni vəhşiliyinin, xüsusən də Monte Melkonyanın terror əməllərinin növbəti səhifəsinin yazılmasına səbəb oldu. Erməni terror başçısı 1990-cı ildə Ermənistana gəlir və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə gedir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri vəzifəsini icra etməyə başlayır. Ermənilərin Azərbaycan torpaqlarında 200 ildən çoxdur ki davam edən qeyri-qanuni məskunlaşdırılması siyasəti bu dəfə dünyanın gözü qarşısında törədilən soyqırımlar, kütləvi qətillər, terror aktıları vasitəsi ilə daha da sürətləndi.
"Avo" ləqəbi ilə tanınmış beynəlxalq terrorçu Monte Melkonyan terrorçu olduğu üçün həmişə silahsız insanları öldürməli olub. Bu, terrorçulara xas ən əsas xüsusiyyətdir. Silahsız, günahsız insanlara arxadan zərbə vuraraq qətlə yetirmək, sonra isə qaçıb gizlənmək onun peşəsi olub. Melkonyan bu cür hərəkətləri ilə Birləşmiş Ştatları, Fransanı, Avropanın bir sıra digər ölkələrini, Türkiyəni özünün "qara siyahısına" salmışdı. Azərbaycanda da belə oldu: Xocalı, Qaradağlı soyqırımlarını törədəndə Melkonyan dinc, günahsız, silahsız insanları, qadınları körpələri öldürməsi ilə məşhurlaşmışdı.
Monte Melkonyanın kimliyini şərh etmək üçün çox böyük araşdırmaya ehtiyac yoxdur. II Qarabağ savaşında Azərbaycan ordusunun tarixi Zəfəri sayəsində Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra, şərtlərə əsasən bir güllə belə atılmadan Azərbaycana təhvil verilməsi nəzərdə tutulan üç rayondan biri olan Kəlbəcərin (Ağdam, Laçın) 1993-cü ildə işğalı prosesinə nəzər salmaq kifayət edir. Melkonyanın rəhbərlik etdiyi erməni hərbi birləşmələri Kəlbəcərə hücum edərək rayonu mühasirəyə alıb, rayon sakinlərini hədələyərək onlara öz doğma yurdlarından çıxmaq üçün cəmi 10 saat vaxt vermişdi. Baxmayaraq ki, Kəlbəcər coğrafi relyefinə görə Cənubi Qafqazın ən keçilməz, ən sərt, ən soyuq ərazilərindən biri hesab edilir. Melkonyanın azərbaycanlılara müraciətini əks etdirən sözügedən görüntülər isə ermənilərin azərbaycanlılara qarşı olan nifrətini, kinini bir daha açıq nümayiş etdirir.
Lakin II Qarabağ savaşında qələbəmizdən sonra Azərbaycan tərəfi Ermənistan hərbi-siyasi rəhbərliyinin terrorçu ideologiyasından fərqli olaraq rəsmi İrəvanın və Rusiyanın xahişi ilə Kəlbəcərin Azərbaycana təhvil verilməsi vaxtını (15 noyabrda təhvil verilməli idi - red) erməni əhalinin ərazini tərk etməsi məqsədi ilə 10 gün daha uzadaraq 25 noyabra qədər şərait yaratdı. Lakin bu gün Kəlbəcərdə baş verən hadisələr təsdiq edir ki, Ermənistan humanitar məqsədləri üçün istədikləri bu 10 gün əlavə vaxt ərzində də terrorçu əməllərindən əl çəkməyib. Məlum olur ki, Ermənistan silahlı qüvvələri həmin vaxt ərzində ərazilərdən silah-sursatlarını geri çəkərkən əllərində olan minaları özləri ilə Ermənistana aparmayıblar. Əksinə Kəlbəcərin hər qarışını minalamaqla başa çatan müharibə qanunlarına zidd olaraq hərbi cinayətlərini davam etdirməyi planlaşdırıblar. Elə bunun nəticəsidir ki, iyunun 4-də Kəlbəcər ərazisində ikisi jurnalist olmaqla 3 nəfər mina partlayışının qurbanı oldu, 4-ü yaralandı. Lakin təəssüflər olsun ki, azərbaycanlı media nümayəndələrinin ölümü ilə bağlı yenə Qərbdən Ermənistana hər hansı bir təzyiq, qınaq görmədik.
Təhməz Əsədov