Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həkimlərimizi tanıyın!” - kardioloq Dr. Tamilla Əliyeva

“Həkimlərimizi tanıyın!” - kardioloq Dr. Tamilla Əliyeva

Tarix: 6 Avqust 2019 10:20

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə xəstəxananın təcrübəli həkimi, həm kollektivin, həm də pasiyentlərin böyük rəğbətini qazanmış poliklinika rəisi, kardioloq Dr. Tamilla Əliyevanı təqdim edirik.

Pasiyentlərinə qayğı ilə yanaşan, öz peşəsini sevən təcrübəli kardioloq Dr.Tamilla Əliyeva pasiyentlərin müalicəsində və ürək xəstəliklərinin qarşısının alınmasında ən müasir effektiv metodlardan istifadə edir. Eyni zamanda, Dr.Tamilla Əliyevanın poliklinikanın düzgün və yüksək səviyyədə idarə edilməsində böyük təcrübəyə malikdir.Hospitalın kollektivi tərəfindən sevilən Tamilla xanım poliklinikaya yeni işə gələn tibb personalına məsləhətlər, tövsiyələr verir və gənc həkimlərə yol göstərir.

Dr. Tamilla Əliyeva 1980-1986-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsində ali təhsil almış, 1986-1987-ci illərdə 3 saylı Bakı şəhər xəstəxanasında terapevt ixtisası üzrə internaturanı bitirmişdir. 1987-2002-ci illərdə 3 saylı Bakı şəhər poliklinikasında həkim kardioloq, 2002-2007-ci illərdə Ailə Sağlamlıq Mərkəzində kardioloq və poliklinikanın müdiri, 2007-2018-ci illərdə İctimai Səhiyyə və İslahatlar Mərkəzində kardioloq, ambulator şöbənin müdiri vəzifəsində işləyib. 2018-ci ildən etibarən Tamilla Əliyeva Mərkəzi Gömrük Hospitalında kardioloq və eyni zamanda poliklinika rəisi vəzifəsində çalışır.

Tamilla xanım daim öz üzərində işləyir, dünya tibb ədəbiyyatını izləyir və öyrənir, öz işində mütərəqqi müalicə üsullarından istifadə edir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: (https://customshospital.az/tamilla-aliyeva/)

Dr.Tamilla Əliyevanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Həkimlərimizi tanıyın kardioloq Tamilla Əliyeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ