Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mina xərtitələri müqabilində Azərbaycanda saxlanılan 15 erməni ölkəsinə təhvil verildi

Mina xərtitələri müqabilində Azərbaycanda saxlanılan 15 erməni ölkəsinə təhvil verildi

Tarix: 12 Iyun 2021 18:48

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin aşçıqlamasında deyilir.

Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Milli.Az


Etiketlər:  Mina xərtitələri müqabilində Azərbaycanda saxlanılan 15 erməni ölkəsinə təhvil verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ