Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 19:16
Əsas brauzerlərin tərtibatçıları qismində çıxış edən "Apple", "Google", "Microsoft" və "Mozilla" şirkətləri ümumi brauzer genişləndirməsi platformasının yaradılması və inkişafı üçün səyləri birləşdiriblər.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bu yaxınlarda yaradılan "WebExtensions Community Group" qrupu tərtibatçılar üçün vahid nüvəli və tətbiqi proqramlaşdırma interfeysinə (API) malik genişləndirmələrin yaradılması prosesini sadələşdirəcək.
Əksər əsas brauzerlər "Chromium" proqramından istifadə etdiyi halda "Apple" tərtibatçılar üçün yeni köçürmə alətləri vasitəsilə "Safari" plaginlər ekosistemini genişləndirməyə çalışır. Hazırda "iPhone" istehsalçısı "Chrome", "Edge" və "Firefox" komandaları ilə birlikdə proqram genişləndirmələrinin məhsuldarlığını artıracaq və zərərli plaginlərin yaranmasının qarşısını alacaq spesifikasiya üzərində çalışır.
Qrupun nizamnaməsi ilə "WECG" və "GitHub" saytlarında tanış olmaq mümkündür.