Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2019 11:04
"Bney Yehuda"nın futbolçusu Amit Zenati Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə hər iki oyunu buraxacaq.
Qol.az-ın İsrail mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun zədələnməsidir.22 yaşlı yarımmüdafiəçinin 14 gündən sonra məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, "Neftçi" ilə "Bney Yehuda" arasında ilk görüş avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.