Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2019 11:45
Bakı. İlhamə İsabalayeva - Trend:
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanasına və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 89 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciət edənlərin 19-u qadın, 8-i uşaq, qalanları kişilərdir.
Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımı yardım göstərilib. Hazırda xəstəxanada 1 nəfər - 2004-cü il təvəllüdlü Əsgərov Bayram Bilal oğlu müalicəsini davam etdirir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin