Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Check up müayinə nədir

Check up müayinə nədir

Tarix: 13 Iyun 2021 23:06

Check up - bir insanın bədəninin, orqanizminin hansı durumda olmasını, əsas sağlamlıq funksiyalarının vəziyyətini öyrənmək üçün təyin olunan ümumi müayinə paketidir.

Check up hələ şikayətlərə yol açmayan, amma gizli başlayan xəstəliklərin erkən diaqnostikasıdır.

Tibbin hər sahəsində, hər xəstəlikdə erkən, tez diaqnoz insanın ömrünü uzada bilər, həkimin müalicəsinin effektiv olmasını təmin edər.
Check up barədə düşünüb, bu etdirən insan özünə, sağlamlığna, həyatına, ailəsinə dəyər verən insandır.
Müasir dövrün bəlası olan xərçəngdə çox erkən diaqnoz qoymaq can qurtarır. Kişilər üçün ayrı, qadınlar üçünsə bir ayrı xüsusi Check up paketləri var.

Standart bir Check up müayinəsində mütləq olunması vacib olan müayinə və testlər hansılardır:
Qan sayımı, vacib orqan funksiyalarının dəyərləndirilməsi - ürək, qan damar,böyrək, qaraciyər, xolesterol, lipid, hormonlar, hepatitlər, sidik analizi tam, USM, ağciyər rentgeni, EKQ, EXO və nəcisdə qan analizi.

40 yaşı keçmiş hər kəs 2 ildə bir dəfə göz müayinəsi, xərçəng taraması və Check up-dan keçməlidir.

Ailəsində, nəsildə xərçəng xəstəsi olanlar isə risk qrupunda olduğundan 40 yaşını gözləmədən 30 yaşdan etibarən testlərini etdirməlidir.

Check up etdirməyin digər bir səbəbi də yaşlanmanın, cinsiyyətin, siqaretin,içkinin, qadınlarda hormonal dönəmlərin gəritə biləcəyəri real xəstəlik risklərini ortaya çıxarmaq, ailəvi genetik xəstəliklər olan - diabet, koronar arteriya, nevroloji və xərçəng xəstəliyi riski olanları erkən müşahidəyə almaqdır.

Ailəsində ürək-damar, infarkt xəstəliyi riski olanlar üçün check up analizləri: HDL xolesterol, LDH, efor testo, EKQ-dir.
Nəslində xərçəng riski olanlar ildə bir dəfə PAP testi, süd vəzi USM, mammoqrafiya, ağciyər tomoqrafiyasından keçməlidir.

Ailəsində xərçəng olan kişilər ildə bir dəfə prostat testləri, müayinəsi, ağciyər tomoqrafiyası olunmalıdır.
Ümumiyyətlə, sağlam, heç bir şikayəti olmayan hər bir insanın ildə bir dəfə check up olunması önəmlidir.
Özünüzə önəm verən, check up etdirməlidir.


Etiketlər:  Check müayinə nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ