Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 10:06
Rusiyanın Omsk bölgəsində 9-cu sinif şagirdi atası tərəfindən vəhşicəsinə qətlə yetirilib, bıçaq xəsarətləri alan anası və qardaşı isə xəstəxanaya yerləşdirilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə məktəbli qızın atası tərəfindən törədilib.
Tavriçeski rayonunun Pristan kəndində baş verən hadisə zamanı 4 uşaq atası özünə də xəsarət yetirib. Onun həmin gün sərxoş olduğu bildirilib.
Rusiya İstintaq Komitəsinin Regional İdarəsində qətl faktı ilə bağlı cinayət işi açılıb.
Cinayəti törədən şəxs saxlanılıb.