Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda daha bir seçki qalmaqalı

Ermənistanda daha bir seçki qalmaqalı

Tarix: 14 Iyun 2021 10:40

Ermənistanda daha bir seçki qalmaqalı yaşanır. Bü gün ölkənin keçmiş prezidenti Serj Sarqsyanın blokundan parlamentə namizədliyini irəli sürmüş Armavir şəhərinin keçmiş meri Ruben Xlqatyan məhkəmə qərarı ilə həbs olunub.

Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata əsasən, deputatlığa namizəd iyunun 10-da adı açıqlanmayan Canfid kənd sakininə 9 milyon dram (17.3 min dollar) verərkən saxlanılıb. Bu vəsaitin seçici səsləri müqabilində kəndlilərə rüşvət qismində paylanması nəzərdə tutulub.

Faktla bağlı cinayət işi açılıb və Xlqatyanla yanaşı, pulu alan kənd sakini də saxlanılıb.


Etiketlər:  Ermənistanda daha seçki qalmaqalı


RƏYLƏR