Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2019 12:44
Bakı. Trend:
Qırğızıstanın Narın vilayətində qızıl mədəninin işçiləri ilə yerli sakinlər arasında kütləvi dava baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 40 nəfər xəsarət alıb.
Qeyd olunur ki, 300-ə yaxın yerli sakin mədənə gələrək işçilərdən buranı tərk etməyi tələb edib.
Nəticədə mübahisə yaranıb və tərəflər bir-birinə daş atmağa başlayıblar.
Xəsarət alanların vəziyyəti stabil olaraq qiymətləndirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin