Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki ay öncə itkin düşüb

İki ay öncə itkin düşüb

Tarix: 14 Iyun 2021 12:40

Yevlax rayonunda iki ay öncə itkin düşən şəxs axtarılır.

DİN-in Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Əhmədov bu ilin aprelin 14-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R. Əhmədovun əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, ortaboyludur. Evdən çıxarkən onun üzərində sarı-qəhvəyi rəngli köynək və göy rəngli şalvar olub.

R.Əhmədov ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə 022-33-6-45-02 şəhər və 051-468-11-11 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 


Etiketlər:  İki öncə itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ